İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümumdünya Meteorologiya Təşkilatı: "Son 40 ildə Mərakeşdə belə güclü quraqlıq olmayıb"

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bütün dünyada, o cümlədən Mərakeşdə iqlim dəyişmələri ilə əlaqədar həyəcan təbili çalıb.

AZƏRTAC xəbər verir ki, ÜMT-nin “2022-ci ildə iqlim dəyişmələri haqqında” hesabatına görə, 2021-ci il və 2022-ci ilin avqust ayına olan dövr ən azı son 40 ildə Mərakeşdə ən quraqlıq dövrlərdən biri olub.

Mərakeşli fəal ekoloq Nadi Axmaitinin sözlərinə görə, hazırda Mərakeşdə misli görünməmiş quraqlıq davam edir. Yaşı 40-dan aşağı olan insanların əksəriyyəti heç vaxt belə quraqlıq görməyib, yaşlı insanlar isə 1980-ci illərdə müşahidə olunmuş quraqlığı xatırlayırlar.

Qlobal iqlimin vəziyyəti barədə məruzə hər il dərc edilir. Bu il həmin məruzədə Avropadan Aralıq dənizi bölgəsinə qədər ərazidə quraqlığın təsiri məsələsi qaldırılıb. Bu baxımdan, Avropada ən pis vəziyyət 2022-ci ilin avqust ayında müşahidə olunub. O vaxt Reyn, Luara və Dunay çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb.

Hesabatda qeyd edilir ki, 2021-ci ildə üç əsas istixana qazının (karbon 2-oksid, metan və azot oksidi) konsentrasiyası rekord səviyyəyə çatıb. Sənəddə vurğulanır ki, il ərzində metan konsentrasiyasının artımı ən yüksək səviyyədə olub. Bu, çox mühüm məqamdır, çünki atmosferdə istiliyin saxlanmasında metan karbon qazından 25 dəfə güclü təsirə malikdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR