Onlayn ictimai-siyasi qəzet
Aktrisa Ülviyyə Əliyeva bir müddət əvvəl dünyasını dəyişən anası ilə bağlı paylaşım edib.
Sənətçi anasının ad günü olduğunu vurğulayıb.
"Canım anam, sənsiz keçən ilk ad günün. Sənin kimi anam olduğu üçün Allahıma minnətdaram. Nə yaxşı ki, varımsan, həmişə də mənim üçün varsan. Səni çox sevirəm. Ruhun şad olsun" deyə, Ü.Əliyeva paylaşımında yazıb.
Qeyd edək ki, Zemfira Məmmədəliyeva ötən ilin dekabrında 79 yaşında dünyasını dəyişib. O, Azərbaycanın ilk qadın təyyarə bələdçisi olub. Ü.Əliyeva açıqlamalarında bildirib ki, Z.Məmmədəliyeva onun bibisidir. Uşaq yaşlarında anası onu övladlığa verib. (Axşam.az)
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ