Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Qərb ölkələrindən gözlədiyi F-16 qırıcılarından bəziləri ölkə hüdudlarından kənarda təhlükəsiz aerodromlarda yerləşdiriləcək.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının (AFU) aviasiya rəisi Sergey Qolubtsov məlumat verib.
Sergey Qolubtsov bildirib ki, Ukraynadakı aerodromları F-16-larla əhatə etmək üçün ən azı iki Patriot hava hücumundan müdafiə sistemi, iki NASAMS hava hücumundan müdafiə sistemi və bir neçə özüyeriyən Gepard zenit silahları tələb olunacaq.
“Müəyyən sayda təyyarələr (F-16) burada hədəfə çevrilməmək üçün Ukraynada deyil, təhlükəsiz bazalarda yerləşdiriləcək. Texniki xidmət zamanı nasaz təyyarələrin dəyişdirilməsi zərurəti yaranarsa, bu bizim ehtiyatımız olacaq”, - deyə o “Azadlıq” radiosunun Ukrayna xidmətinə müsahibəsində bildirib.
Qolubtsov, həmçinin məlumat verib ki, F-16 pilotlarının hazırlanması bazalardakı təlim yerlərinin sayı, eləcə də ingilis dilini öyrənmək zərurəti ilə məhdudlaşır. Qolubtsov ilin sonuna qədər Ukraynanın F-16-lardan (üçdən altıya qədər) yalnız birinin uçuşa hazır olacağını gözləyir. “Bəlkə, daha çox” - deyə əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etmişdi ki, NATO-nun Ukraynaya tədarük etdiyi təyyarə haradan uçmasından asılı olmayaraq, Rusiya hərbçiləri üçün qanuni hədəf olacaq.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ