İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın XİN başçısı Bakı səfərindən yazdı: "Buna hazırıq"

Ukrayna Azərbaycanın Avropadakı enerji habına çevrilməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Bakıya səfərinin nəticələri ilə bağlı açıqlamasında bildirib.

“Biz, Avropa İttifaqı kimi, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş hesab edirik. Ukrayna enerji resurslarının tranziti sahəsində təcrübəsi və Avropada ən böyük qaz anbarlarına sahib olması sayəsində bu prosesə ciddi töhfə verə bilər”, – deyə o, şəxsi “Facebook” hesabında yazıb.

Nazir qeyd edib ki, Azərbaycan Ukraynanın dayanıqlı inkişafı, xüsusilə enerji sahəsində və ədalətli, uzunmüddətli sülhün əldə olunması baxımından strateji əhəmiyyətə malikdir.

“Bu məsələləri bütün görüşlərdə, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevlə ətraflı müzakirə etdim. Onu həm Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə, həm də Rusiya işğalının ilk günlərindən göstərilən humanitar və enerji yardımına görə təşəkkür etdim. Həmçinin ukraynalı uşaqların müalicəsi, sığınacaq verilməsi və İrpen şəhərinin bərpasına dair göstərilən dəstəyi xüsusi vurğuladım”, – deyə Sibiqa əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

27 May 2025

BÜTÜN XƏBƏRLƏR