Onlayn ictimai-siyasi qəzet
“Ukraynanın cəbhədəki bərpa olunmaz itkiləri yarım milyondan çox insana çatıb".
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu ölkənin keçmiş baş naziri (2010-2014) Nikolay Azarov bildirib.
“Ukraynanın cəbhədəki dönməz itkiləri yarım milyon insanı ötüb. Geri dönüş nöqtəsi bir milyon insandır. Bu rəqəm bəzilərinin düşündüyü qədər də uzaq deyil. Məhz bu rəqəmdən sonra ukraynalılar özlərini bərpa edə bilməyəcəklər”, - o, Telegram kanalında yazıb.
Azarovun sözlərinə görə, silahlı münaqişənin ukraynalıların gələcək nəsli üçün mənfi nəticələri indi üzə çıxır. “Xüsusən, 2021–2023-cü illərdə ölkədə doğum səviyyəsi demək olar ki, iki dəfə azalıb. Bütün bunlar, 2035-2037-ci illərdə 18 yaşa qədər əhalinin xüsusi çəkisinin 1993-cü ildəki 25%-ə nisbətdə 12-15% olacağına” və daha da az uşaqların doğulacağına gətirib çıxara bilər”, - sabiq baş nazir yazıb.
Azarovun fikrincə, Ukraynanın digər problemi 18-34 yaşlı ukraynalı qadınların xaricə kütləvi miqrasiyasıdır. “Münaqişə nə qədər uzun davam edərsə, Ukraynada demoqrafik boşluq bir o qədər böyüyəcək”,- o, yekunlaşdırıb.
Onu da qeyd edək ki, Nikolay Azarov Moskkvapərəst siyasətçidir, eks-prezident Viktor Yanukoviçin kadrı olub.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ