İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukraynanın raket zərbələri Rusiyanın irəliləyişlərinin qarşısını ala bilməyəcək"

"Ukrayna Rusiyanın arxa cəbhə dərinliklərinə raketlərlə zərbə endirsə belə, bu, Ukraynanın ərazisindəki Rusiyanın alovnəzarət zolağına əhəmiyyətli təsir göstərməyəcək".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib.

O, qeyd edib ki, ABŞ mediası Vaşinqtonun Ukraynaya ATACMS raketləri ilə Rusiyaya məhdud səviyyəli zərbələr endirilməsi üçün icazə verdiyini yazır: "Cari məqsəd sadəcə Kurskda vəziyyəti donmuş cəbhə xətti kimi saxlamağa nail olmaqdır. Lakin bu, Rusiyanın Ukraynadakı irəliləyişlərinin qarşısını ala biləcək səviyyədə deyil. ABŞ "xüsusi və məhdud” döyüş sahəsi effekti yaratmaq məqsədilə Ukraynaya icazə limiti tətbiq edir, lakin bu, müharibənin gedişatını dəyişə bilməyəcək.

ABŞ, Böyük Britaniya və Fransanın məqsədləri Şimali Koreyanın Ukraynaya qarşı qoşun yerləşdirilməsinin genişlənməsini sarsıtmaq niyyətindədir.

Ona görə ki, Rusiya və Şimali Koreya NATO-nun genişlənmə siyasətinin Avropa səhnəsinə qarşı çıxaraq prosesə müttəfiq kimi daxil olur. Bu, gələcəkdə Rusiya-Çin-Şimali Koreya-İran dördlü ittifaqının NATO əleyhinə aqressiv tərəfdaşlıq müstəvisini stimullaşdıra bilər.
Co Bayden administrasiyasının, Böyük Britaniya ilə Fransanın Ukraynaya izin verməsi Donald Trampın daha təhlükəli qlobal situasiyaları miras alacağını deməyə əsas verir. Yəni, Tramp Rusiya ilə müzakirə kanallarına üstünlük versə də, o, Şimali Koreya, Çin və İranın Avropadakı iştirakına göz yummayacaq, Bununla da ABŞ-Rusiya əlaqələrindəki mübahisələr yeni kontekstdə alovlanacaq".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2024

18 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR