Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna xüsusi xidmət orqanlarının iyulun 28-də Sankt-Peterburqda hərbi dəniz paradı zamanı Rusiya prezidenti Vladimir Putinə qarşı planlaşdırdığı hücumun qarşısının alındığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu məlumatla o, "Rossiya-1" telekanalına müsahibəsində çıxış edib.
Ryabkovun sözlərinə görə, iyun və iyul aylarında müdafiə naziri Andrey Belousovla Pentaqonun rəhbəri Lloyd Ostin arasında telefon danışıqları olub. Belousov Ukraynanın planı barədə Ostini məlumatlandırıb və Kiyevin plandan geri çəkilməsi üçün ora təsir göstərilməsini tələb edib.
Sergey Ryabkov qeyd edib ki, Vaşinqtonda və ABŞ-ın nəzarətində olan digər paytaxtlarda bu siqnal eşidilib və nəticədə Hərbi Dəniz Günündə keçirilən paradda Rusiya liderinə sui-qəsd cəhdinin qarşısı alınıb.
Ukraynanın planlaşdırdığı iddia edilən əməliyyatdan danışan Ryabkov bunun Rusiyanın daxili hadisələri ilə əlaqəli olduğunu və maksimum zərər və media effektinə nail olmaq məqsədi daşıdığını bildirib.
Sözügedən əməliyyatla keçmiş Hərbi Dəniz Qüvvələri paradı arasında əlaqənin olub-olmaması ilə bağlı sualı cavablandıran nazir müavini təfərrüatlara varmayıb, lakin bu cür hadisələrlə müəyyən əlaqənin olduğunu təsdiqləyib.
Belousov və Ostin arasında ikinci telefon danışığı iyulun 12-də baş tutub, söhbət zamanı təhlükəsizlik məsələləri və mümkün eskalasiya riskinin azaldılması müzakirə olunub. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq söhbətin Rusiya tərəfinin təşəbbüsü ilə aparıldığını, Lloyd Ostinin isə iki ölkə arasında kommunikasiya kanallarının əhəmiyyətini vurğuladığını bildirib.
Qeyd edək ki, iyulun sonlarında xarici mediada Belousovun Ukraynanın Rusiya daxilində hazırladığı zərbələrlə bağlı Ostinə zəng vurduğuna dair məlumatlar yayılmışdı.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ