İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Kursk əməliyyatına ABŞ və Avropadan tam dəstək: Özünümüdafiədir...

Almaniya hakimiyyəti Ukraynanın Kursk vilayətində əməliyyat zamanı alman tanklarından və digər texnikasından istifadə etməsinə etiraz etmir.

Musavat.com xəbər verir ki, bunu Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Markus Faber deyib.

O bildirib ki, "silah Ukraynaya verildikdən sonra o, Ukraynanın əmlakına çevrilir". Faber əlavə edib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin ötən ildən almağa başladığı “Leopard 2” tanklarına da aiddir. Bundestaqın məlumatına görə, ümumilikdə 73 Leopard Kiyevə təhvil verilib, onlardan 55 ədədi 1A5 modifikasiyası, 18 ədədi isə 2A6 modifikasiyası olub: “Rusiyanın Ukraynaya hücumundan sonra hər iki ölkənin ərazisi müharibə zonasına çevrilib. Silahdan istifadə isə beynəlxalq hüquqla tənzimlənir”.

Bir gün əvvəl ABŞ rəsmiləri müharibənin başlanğıcından bəri Rusiya ərazisinə ən böyük hücumu həyata keçirən Ukraynaya dəstək verdiklərini açıqlayıblar. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində yüzlərlə kvadrat kilometr ərazini nəzarətə götürməsi Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri pozmur.

Ağ Ev rəsmisi Karine Jean-Pierre, öz növbəsində, rus qoşunlarının daha əvvəl Kursk vilayətindən Ukrayna ərazisinə daxil olduğunu xatırladıb: “Biz Ukraynanı Rusiyanın təcavüzündən müdafiə etmək üçün etdiyi işlərdə dəstəkləyirik. Düşünürük ki, bunu etmək vacibdir, çünki biz demokratiya və azadlıqdan danışırıq. Və biz bunu davam etdirəcəyik”.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Petr Stanov bu gün xatırladıb ki, Ukrayna özünü Rusiyanın təcavüzündən müdafiə edir: “Və qanuni özünümüdafiə hüququ çərçivəsində Ukraynanın düşmənə lazım bildiyi yerdə - öz ərazisində, həm də düşmənin ərazisində hücum etmək hüququ var”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR