İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Krımdakı aeroportu nəylə vurduğu açıqlandı: ABŞ gizlicə...

ABŞ son həftələr gizli şəkildə Ukraynanı rus işğalçılarına qarşı döyüşmək üçün uzaqmənzilli raketlərlə təmin edib.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, ötən həftə Ukrayna ordusu uzaqmənzilli ATACMS raketlərindən ilk dəfə istifadə edib.

Reuters yazır ki, raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib. Lakin Kiyevin dəqiq neçə raket aldığı məlum deyil.

Raketlər ilk dəfə aprelin 17-də Ukrayna cəbhə xəttindən təqribən 165 km aralıda yerləşən Krımdakı Rusiya aerodromunu vurmaq üçün istifadə edilib.

Ukraynaya 300 km-ə qədər mənzilli taktiki raket sistemlərinin göndərilib-göndərilməməsi məsələsi bir neçə aydır Bayden administrasiyasında müzakirə mövzusudur. Orta mənzilli ATACMS 2023-cü ilin sentyabrında çatdırılıb.

Pentaqon ABŞ ordusunun döyüş hazırlığına zərər vuracağından ehtiyat edərək, Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə ilkin olaraq qarşı çıxıb. Bundan əlavə, Ukraynanın onlardan Rusiyanın dərinliklərindəki hədəflərə hücum etmək üçün istifadə edəcəyi qorxusu var idi.

ABŞ-ın açıq və özəl xəbərdarlıqlarına baxmayaraq, dekabr və yanvar aylarında Rusiyanın Şimali Koreyanın tədarük etdiyi uzaqmənzilli ballistik raketlərdən Ukraynaya qarşı istifadə etməsi Amerika rəsmilərinin yenidən düşünməsinə səbəb olub. Bildirilir ki, ABŞ qərar qəbul edərkən Rusiyanın Ukraynanın kritik infrastrukturuna zərbələr endirdiyini də nəzərə alıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR