Onlayn ictimai-siyasi qəzet
Ukraynalılar arasında ABŞ-la imzalanan yeraltı sərvətlər üzrə sazişdən razı qalanlar çoxalıb.
Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun may ayının əvvəlində apardığı sorğunun nəticələrinə görə, ukraynalıların 47%-i ABŞ-la yeraltı sərvətlərin işlənməsi üzrə sazişin imzalanmasını əsasən müsbət qarşılayır.
Respondentlərin 22%-i isə mümkün neqativ nəticələrdən narahat olduqlarını bildirib. Sorğuda iştirak edənlərin 19%-i bu sazişin Ukraynaya heç bir təsir etməyəcəyini düşünür. Qalan 12% isə fikrini bildirməkdə çətinlik çəkib. Beləliklə, hazırda müsbət və mənfi gözləntilər arasındakı fərq +25%-dir, yəni cəmiyyət arasında müsbət baxışlar üstünlük təşkil edir.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ