İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı hakerlər Rusiya bankının tam müştəri bazasını dərc etdilər

Ukraynalı hakerlər Rusiya bankının tam müştəri məlumat bazasını dərc ediblər.

Musavat.com xəbər verir ki, Ukraynanın "KibOrg" haker layihəsinin İT mütəxəssisləri və jurnalistləri "Alfa Bank"ın bütün müştəri məlumat bazasını ictimai domendə dərc ediblər. 

2023-cü ilin oktyabrında hakerlər "Alfa Bank"ın bütün müştərilərinin məlumatlarına giriş əldə etdiklərini iddia ediblər. Sonra onlar təxminən 44 min bank müştərisinin şəxsi məlumatlarını dərc ediblər.

Bank isə məlumat sızması ilə bağlı xəbərləri “saxta” adlandırıb.

Hakerlər tərəfindən yayılan məlumat bazasında 24 milyondan çox fərdi bank müştərisinin tam adları, doğum tarixləri, telefon nömrələri, kartları və hesabları, həmçinin 13 milyondan çox hüquqi şəxsin hesablarına dair məlumatlar var. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR