İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı general dövlətə xəyanətdə şübhəli bilinir

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyaya məlumatlar ötürməkdə şübhəli bilinən Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəis müavinini yaxalayıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, general-mayor rütbəsini daşıyan həmin şəxs dövlətə xəyanətdə və qanunsuz silah saxlamaqda ittiham olunur.

Məlumata görə, o, Ukraynadakı mövcud hərbi-siyasi vəziyyətlə bağlı ən gizli məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürürmüş.

Bundan əlavə, satqın general Ukrayna Silahlı Qüvvələrinin və müdafiə qüvvələrinin Rusiya ordusunun hücumlarını dəf etmək üçün həyata keçirdiyi əməliyyatlar barədə planlarını qarşı tərəfə çatdırıb.

Saxlanılan şəxs Rusiya xüsusi xidmət orqanlarına hələ Moskvada Frunze adına Ali Ümumqoşun Komandanlıq məktəbində və Akademiyada təlim keçdiyi zaman düşüb.

Rusların göstərişi ilə o, Ukrayna Müdafiə Nazirliyindən, o cümlədən Baş Kəşfiyyat İdarəsindən, eləcə də Saqadaçnıy adına Milli Quru qoşunları akademiyasından müxtəlif əlaqələr vasitəsilə əldə etdiyi məxfi məlumatları toplayıb.

Bundan əlavə, keçmiş kəşfiyyatçı Ukraynanın hərbi-sənaye kompleksinin strateji əhəmiyyətli obyektlərinin fəaliyyəti haqqında informasiyaları ruslara verib.

Hazırda keçmiş generalla bağlı Lvov vilayəti prokurorluğunun prosessual rəhbərliyi altında istintaq aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR