İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan XƏBƏRDARLIQ: “Rusiya daha dərin hiss edəcək”

“Müharibənin gedişində yeni zərbələrin endirilməsi istisna edilmir və onlar Rusiya ərazisində daha dərin hiss ediləcək”.

Musavat.com xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ABŞ-ın “ABC News” telekanalına müsahibəsində deyib.

Budanov Ukrayna ilə sərhəddən yüzlərlə kilometr uzaqlıqdakı Saratov vilayətinin Engels şəhərindəki Rusiya aviabazasına endirilən zərbələri görməkdən şad olduğunu bildirib. Daha əvvəl Qərb mediası Ukrayna rəsmilərinə istinadən zərbələrin məhz Ukraynaya məxsus pilotsuz təyyarələr tərəfindən endirildiyini bəyan etmişdi.

Kirill Budanov Ukrayna hərbçilərinin işğal edilmiş Krıma zərbə endirəcəyini təsdiqləyib. Qeyd edək ki, Rusiya Krımı öz ərazisi saysa da, Ukrayna və dünya ölkələrinin böyük əksəriyyətinin nöqteyi-nəzərindən yarımada suveren Ukraynanın ayrılmaz tərkib hissəsidir.

Budanov müharibənin 2023-cü ildə Ukraynanın qələbəsi ilə başa çatacağına əminliyini bildirib. Döyüş əməliyyatlarının mümkün sonrakı gedişi barədə danışan kəşfiyyat rəhbəri onların mart ayında “ən isti” səviyyəyə çatacağını təxmin edib. Kirill Budanovun sözlərinə görə, yazda Ukrayna 1991-ci ilin sərhədlərinə çatmaq məqsədi ilə ciddi hücum planlaşdırır. Bu, hazırda rus qoşunları tərəfindən işğal olunmuş ərazilərin, o cümlədən Zaporojye və Xerson vilayətinin cənub rayonlarının, o cümlədən Donbas və Krımın geri qaytarılmasını nəzərdə tutur.

Budanovun fikrincə, Putin rejimi artıq bütün dünyanın gülüş obyektinə çevrilib və hərbi təhlükə kimi qəbul edilmir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR