Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Dobropol istiqamətində ərazilərin Rusiya işğalından azad edilməsini davam etdirir. Ukrayna ordusunun “Azov” Milli Qvardiyası məlumat yayıb. Məlumatda bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və “Azov”un koordinasiyalı tədbirləri nəticəsində Pankivka qəsəbəsi və ona bitişik ərazilər işğalçı qüvvələrdən təmizlənib.
“Rusiya Ukrayna ilə müharibədə uduzur”. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Rusiya qalib gəlirmi? Bu, çox gözəl sualdır, çünki Prezident Tramp təxminən altı həftə əvvəl Oval kabinetdə mənə bu sualı verdi. Mən də söylədim ki, cənab prezident, təkcə məni dinləməyin, Baş Qərargah rəisi Den Keyn sizi çöldə gözləyir, o, maşının yanında dayanıb, onu yanınıza dəvət edin və hərbçinizdən soruşun”, - rəsmi vurğulayıb.
Kelloq qeyd edib ki, o da Trampa eyni şeyi deyib – rusların qalib gəlməsindən söhbət gedə bilməz: “Dan eyni şeyi dedi. Onlar qalib gəlirlər? Xeyr. Onlar qalib gəlmirlər. Putin isə istədiyi qədər deyə bilər ki, istədiyi hər şeyi alır. Putin qalib gəlsəydi, Kiyevdə, Dneprdən qərbdə, Odessada olardı. Əslində, Rusiya bu müharibəni uduzur”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə gündəmi müzakirə edir.
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ