İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan çıxarılan uşaqlara zorakılıq tətbiq edilib-İDDİA

 

Ukraynanın Rusiyanın işğalı altındakı Krım vilayətində qurulan düşərgədə ölkədən zorla çıxarılan azyaşlı uşaqlara zorakılıq tətbiq edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İnsider” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, Ukraynadan çıxarılan uşaqlara qarşı zorakılıq tətbiq edənlərdən biri Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlılarının keçmiş əməkdaşı, 2014-cü ildə Rusiyaya qaçmış Valeri Astaxovdur. Uşaqların özləri onu fotoşəkillərdən tanıyıblar.

Verilən informasiyaya əsasən, 2013-cü ilin sonunda Astaxov Kiyev Maydanında keçirilən tədbirlərdə iştirak edib. O, dinc nümayişçilərə qarşı amansızlığı ilə ad çıxarmış “Berkut”un tərkibində Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin hakimiyyətinə olan etirazı yatırtmağa çalışıb. Krımın işğalından sonra Astaxov Rusiya vətəndaşlığını alaraq RF Daxili işlər nazirliyinin Yevpatoriyada yerləşən Departamentində xidmətə başlayıb.

“The İnsider”in yazdığına görə, 2014-cü ildə Astaxov uşaqların faktiki oğurlanması ilə məşğul olub. O, onları Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərindən Rusiyanın Rostov vilayətinə aparıb.

Ukrayna hakimiyyətinin məlumatına görə, müharibə zamanı ölkədən 16 mindən çox uşaq qanunsuz olaraq Rusiya ərazisinə və işğalı altındakı Krıma aparılıb. Onların bir çoxu məcburi şəkildə “yenidən təhsil almağa məcbur edilir”, bəzilərinə atəş və silahların idarə olunması öyrədilir. İndiyədək yalnız üç yüzdən bir qədər çox uşaq vətənə dönə bilib.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmə onların uşaqların Ukraynadan zorla çıxarılmasına görə məsuliyyət daşıdığını bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR