İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada NATO-ya qarşı Rusiya gücü: Kreml tək deyil!

Rusya, Ukraynada cəbhədə hər il milyonlarla top mərmisi istifadə edir və tez-tez xarici müttəfiqləri tərəfindən təmin edildiyi bildirilən texnikalarla mülki hədəflərə hücumlar edir. İlk baxışda Rusiyanın Ukraynaya açıq dəstək göstərən NATO silah arsenalı ilə təkbaşına döyüşdüyü təsəvvürü yaranır. Amma Qərb ölkələri, Rusiyanın silah istehsal etmə qabiliyyətini boğmaq üçün embarqolar tətbiq edərkən, Çin, İran və Şimali Koreyanın Moskvanın müharibə maşınının fəaliyyətinə kömək etdiyi iddia edilir.

Musavat.com BBC-nin bununla bağlı araşdırmasını təqdim edir.

İran PUA və raketləri Ukraynaya qarşı

İran Rusiyayla 200-dən çox qısa mənzilli raket vermək üzrə müqavilə imzalayıb. Bu müqavilədə nəzərdə tutulan Feth-360 adlı raketlərin 120 kilometr mənzili var və 150 kiloqram partlayıcı daşıya bilir. ABŞ kəşfiyyatı, onlarla Rus əsgərinin bu raketləri atmaq üçün İranda təlim aldığını bildirir. ABŞ Dövlət Katibi Blinken də raketlərin yaxın günlərdə Ukraynaya qarşı istifadə oluna biləcəyini qeyd edib. Feth-360 raketləri sərhəd yaxınlığındakı Ukrayna şəhərlərini və elektrik stansiyalarını hədəf ala bilər, bu da Rusiyanın əlindəki daha uzun mənzilli raketlərin ölkənin içindəki hədəfləri vurması üçün istifadə oluna biləcəyini göstərir.

Londondakı “King's College” Müharibə Araşdırmaları Bölümündən Dr. Marina Miron bildirir ki, "Feth-360 yaxın hədəfləri vurmaq baxımından Rusiya üçün ölkədə bənzəri olmayan raketdir. Miron həmçinin Rusiyanın bunun qarşılığında İrana, böyük ehtimalla nüvə texnologiyası da daxil olmaqla hərbi texnologiya ötürə biləcəyini qeyd edir.

Ukrayna hökuməti və Qərb kəşfiyyat təşkilatları, İranın Rusiyaya 2022-ci ilin payızından bəri Şahid-136 tipli PUA-lar verdiyini də bildirirlər. Rusiya Ukraynanın hava müdafiə sistemini təsirsiz hala gətirmək üçün bu PUA-lardan geniş istifadə edir.

Şimali Koreyadan top mərmisi, raketlər və ordu

ABŞ Hərbi Kəşfiyyat İdarəsi 2024-cü ilin mayında yayımlanan hesabatında, Şimali Koreyanın Rusiyaya üç milyon top mərmisi verdiyini bildirmişdi. Toplar, hər iki tərəfin Ukraynadakı cəbhə xəttində istifadə etdiyi əsas silahdır. Böyük Britaniya Kral Araşdırma Mərkəzi (RUSI), Rus qüvvələrinin top mərmisi sahəsində Ukraynaya 5:1 nisbətində üstünlük qazandığını bildirir.

RUSI, bunun Rusiyanın 2023-cü ilin qış aylarında Ukraynanın şərqində geniş ərazilər ələ keçirməsində əsas faktor olduğunu vurğulayır.

Ukrayna kəşfiyyat işçiləri, 2024-cü ilin yanvarında Şimali Koreyada istehsal olunan və böyük bir hava hücumunda Xarkov şəhərinə göndərilən qısa mənzilli raket növlərinə aid qalıqlar tapmışdı. Ukrayna rəsmləri, bunlardan birinin KN-23 olaraq da bilinən Hwasong-11 olduğunu bildirdi. Bu qısa mənzilli ballistik raketin mənzili 400 ilə 690 kilometr arasında dəyişir və 500 kiloqramadək döyüş başlığı daşıya bilir.

ABŞ Hərbi Kəşfiyyat İdarəsi Rusya və Şimali Koreyanın 2022-ci ilin payızında silah satışı müzakirələrinə başladığını, Şimali Koreyadan ilk raketlərin 2023-cü ilin payızında test üçün Rusiyaya göndərildiyini bildirir. 2024-cü ilin yanvarından etibarən bu raketlər Ukraynanı hədəf alıb.

Dr. Miron fikrincə "Hwasong-11” raketləri Rusiyaya İskəndər kimi öz qısa mənzilli raketlərini göndərməkdən daha ucuz başa gəlir. Amma işin mahiyyəti yalnız maliyyə məsələsində deyil. İran və Şimali Koreya kimi ölkələrlə silah müqavilələri imzalamaq, Qərbə Rusiyanın müttəfiqi olduğunu və təcrid edilmədiyini göstərir. Hwasong-11 kimi ballistik raketlərinin qarşısını almaq çətindir, çünki hədəflərinə doğru səsdən sürətli gedir. Lakin Ukrayna kəşfiyyat mütəxəssisləri, Şimali Koreyadan gələn raketlərin bir çoxunun proqramlaşdırılmış marşrutlarını itirən elektron nasazlıqlar səbəbindən hədəflərinə çata bilmədiklərini bildirir.
Ukraynalı kəşfiyyat mütəxəssisləri, ölkə içindəki Rus qüvvələrinin yanında Şimali Koreya əsgərlərinin də görüldüyünü bildirirlər. Ukrayna mətbuatına görə, 3 oktyabr 2024-cü ildə ölkənin şərqindəki Rus hərbi təlim mərkəzinə edilən raket hücumunda altı Şimali Koreyalı zabit ölüb, üçü yaralanıb. Şimali Koreya birliklərinin Ukraynada döyüşdüyü iddiası 2023-cü ildə də irəli sürülmüşdü.

Çin texnologiyası

NATO üzvü ölkələrin liderləri, Çinin Rusiyanın "sarsılmaz dəstəyi" olduğunu və Moskvanın müdafiə sənayesinə "böyük miqyasda dəstək" verdiyini bildirir. NATO liderləri, Çinin kompüter çipləri kimi mülki tətbiqləri olan, lakin eyni zamanda silah istehsalında da istifadə oluna biləcək parçalar təqdim etdiyini iddia edirlər.

ABŞ mərkəzli düşüncə mərkəzi Carnegie Beynəlxalq Sülh Fondu (CEIP), Çinin Rusiyaya hər ay 300 milyon dollar dəyərində PUA, raket və tank istehsalında istifadə edilə bilən "yüksək prioritetli" ikili istifadə parçaları göndərdiyini bildirir. CEIP 2023-cü ildə Rusiyanın yüksək prioritetli və ikili istifadə məhsullarının 89%-ini Çindən idxal etdiyini qeyd edir. Fondun hesabatında müharibədən əvvəl bu məhsulların böyük hissəsinin Almaniya və Hollandiya tərəfindən tədarük edildiyi bu ticarət məhdudlaşdırdıqda, boşluğu Çinin doldurduğu bildirilir. “Reuters” xəbər agentliyi, Rusiyanın Çində Garpiya-3 adlı yeni bir uzun mənzilli PUA istehsal etmək üçün fabrik açacağını bildirib.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR