Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibə başlayandan sonra ölkədən çıxan Rusiya vətəndaşlarının geri qaytarılması Rusiya iqtisadiyyatının artımını sürətləndirir.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg-in hazırladığı materialda qeyd edilir.
Agentlik bildirir ki, Rusiyaya qayıdış miqrasiyası ölkədə 2023-cü ildə ÜDM-in 3,6 faizlik artımının “beşdə birindən üçdə birinə qədərini” təmin edib. Bu onunla bağlıdır ki, geri qayıdan köçkünlər çox vaxt orta bazar səviyyəsindən yuxarı əmək haqqı alırlar və yüksək əlavə dəyəri olan sənayelərdə işləyirlər. Bundan əlavə, mütəxəssislərin əks axını Rusiya daxilində xidmət sektorunu stimullaşdırır və kapital axınını azaldır.
Miqrasiya xidmətləri göstərən “Finion” şirkətinin məlumatına görə, 2022-ci ildə ölkəni tərk edənlərin təxminən 40-45 faizi Rusiya Federasiyasına qayıdıb. Bloomberg qeyd edir ki, xaricə gedən rusiyalılar xarici ölkələrdə olarkən getdikcə daha çox həm iş tapmaqda, həm də daxili sahədə çətinliklərlə üzləşirlər.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ