İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada infrastrukturun bərpasına azı 127 milyard dollar lazımdır

Müharibə indiyə qədər Ukraynanın mülki infrastrukturuna 127 milyard dollardan çox zərər vurub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Japarova BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunan iclasında çıxışı zamanı deyib.

“Son hesablamalara görə, müharibənin Ukraynanın mülki infrastrukturuna vurduğu zərərin ümumi həcmi 127 milyard dolları ötüb”, - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, ölkənin bərpası böyük investisiya layihələrindən biri olacaq: “Ukrayna Avropanın ən iri tikinti sahəsinə çevrilib və bu, beynəlxalq tərəfdaşlara mühəndislik, tikinti və texnologiya transferi sahəsində yaxşı təcrübələrdən istifadə etmək üçün geniş imkanlar yaradacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR