İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna uğrunda Avropa-ABŞ davası- Şoltsdan SƏRT AÇIQLAMA

Almaniya kansleri Olaf Şolts Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında eksklüziv razılaşmaların imzalanmasına qarşı olduğunu bildirib.

"Biz, avropalılar, buna imkan verməyəcəyik. Biz heç kimə Ukraynanın demilitarizasiyası barədə razılaşmağa imkan verməyəcəyik", – deyə o bildirib.

Musavat.com-un məlumatına görə Şolts həmçinin vurğulayıb ki, Ukraynaya güclü bir ordu lazımdır və "bu, bizimlə mümkün olacaq. Təbii ki, bizim də söyləyəcək sözümüz var". O, ABŞ-ın Ukraynanın münaqişə ilə bağlı danışıqlar masasında Avropanın fiziki olaraq iştirak etməyəcəyi barədə bəyanatına reaksiya olaraq, avropalıların bu məsələdə söz hüququna malik olduqlarını qeyd edib.

Kansler əlavə edib ki, Avropanın iştirakı olmadan heç bir təhlükəsizlik zəmanəti mümkün olmayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR