Onlayn ictimai-siyasi qəzet
“Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə getmək istəməməsi Kiyev üçün növbəti ərazi itkilərinə səbəb olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski deyib.
“Biz sülh istəyirik, amma Ukrayna digər ölkələrin milli maraqlarını rəhbər tutmağa davam edərsə, o zaman cavab verməyə məcbur olacağıq. Kiyevin güzəştə getmək istəməməsi Ukraynaya ərazi itkiləri bahasına başa gələcək”, - Rusiya rəsmisi bildirib.
V.Medinski İsveçlə 21 illik müharibəni misal çəkərək qeyd edib: “Rusiya ilə uzun müharibə aparmaq mümkün deyil”.
Ukraynanın hakim elitası tərəfindən münaqişənin uzadılması onun bitməsi üçün şəraiti daha da pisləşdirir.
Publika.az xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” nəşrinə İsrail xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi zəiflədikcə, Rusiyanın rəqibinin nəzarətində qalan ərazilərdən öz məqsədləri üçün istifadə etmək imkanları getdikcə azalacaq.
Ekspert qeyd edib ki, hazırda Rusiya Federasiyası Ukraynanı 5 regionun “ilhaq”ından sonra müəyyən edilən sərhədlər çərçivəsində qoruyub saxlamağa hazırdır, lakin gələcəkdə Kiyevin fəaliyyət qabiliyyəti, xüsusən də Rusiya qoşunlarının Nikolayev və Odessa vilayətlərinə daxil olacağı təqdirdə, aşağı düşməkdə davam edəcək.
Politoloq əmin olduğunu bildirib ki, bu regionların itirilməsi Ukrayna üçün ölümcül olacaq, onu dəniz yolu ilə lazımi resursları almaq imkanından məhrum edəcək. Kedmi vurğulayıb ki, son illərdə Ukrayna Silahlı Qüvvələri üçün silahların böyük hissəsi Odessa vasitəsilə çatdırılıb.
O, Rusiyanın bütün Novorossiyanı ala biləcəyini, Ukraynanın qalan ərazisinin isə ya vahid qalacağını, ya da iki yerə parçalanacağını, lakin hər ikisinin hərbsizləşdiriləcəyini və Rusiya Federasiyası üçün təhlükə yaratmayacağını proqnozlaşdırıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Ramil Məmmədlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ