İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna təyyarəsini vuran hərbçilərə hökm oxundu - Əsas təqsirkar operatormuş

İranda komanda məntəqəsinin icazəsi olmadan Ukraynaya aid PS 752 reysinə hücum edən hava hücumundan müdafiə sisteminin operatoru 13 il həbs cəzası alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmə mülki təyyarəni səhvən düşmən təyyarəsi kimi tanıdığı və onu raket zərbəsi ilə vurduğu üçün operatoru təqsirli bilib. Üstəlik, həlak olanların ailələrinə təzminatı da həmin operator ödəməlidir.

İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin və Tehran hava hücumundan müdafiə zonasının o zamankı komandirlərinin hər biri 1 il, Tehran regional əməliyyatlara nəzarət mərkəzinin komandiri 1,6 il, 5-ci Tehran hava hücumundan müdafiə qüvvələrinin komandanı 2 il, hava hücumundan müdafiə məntəqəsinin başqa bir operatoru üç il cəza alıblar.

Xatırladaq ki, Ukrayna hava yollarına aid “Boeing 737-800 UIA” təyyarəsi 8 yanvar 2020-ci ildə İran səmalarında vurulub. Təyyarədə Ukrayna, İran, Kanada və digər ölkələrin vətəndaşları olub. Qəza general Qasım Süleymaninin Bağdad yaxınlığında raket hücumu ilə öldürülməsindən beş gün sonra baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR