İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin rəhbəri Rusiya casusu çıxdı

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Antiterror Mərkəzinin rəhbərinin Rusiya casusu olduğu müəyyən edilib və saxlanılıb.

Musavat.com
xəbər verir ki, bu barədə SBU-nun rəhbəri Vasili Malyuk məlumat verib.

Onun sözlərinə görə, bu, xüsusi çətin əməliyyat olub və düşmən agentini ifşa etmək üçün mümkün olan bütün açıq və gizli metodlardan istifadə edilib:

"Şifrələnmiş proqram təminatı vasitəsilə biz xəyanətkarın mobil telefonlarına, kompüterlərinə müdaxilə etdik. Onunla faktiki olaraq birgə yaşayırdıq, audio və video nəzarət həyata keçirirdik. Nəticədə, onun toplanmış informasiyanı düşmənə ötürdüyünü tam şəkildə sənədləşdirə bildik".

Malyuk əlavə edib ki, SBU bu casus vasitəsilə uzun müddət Rusiyaya dezinformasiya ötürüb. Əvvəlcə bu, əks-kəşfiyyat tədbirləri çərçivəsində, daha sonra isə cinayət işinin araşdırılması prosesində həyata keçirilib.

Təhlükəsizlik xidməti yaxın vaxtlarda əməliyyatın təfərrüatlarını açıqlayacağını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR