Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin əvvəlində Fransa Ukraynaya üç ədəd “Mirage-2000-5” qırıcısı tədarük edəcək.
Musavat.com xəbər verir ki, bu barədə “La Tribune” qəzeti məlumat yayıb.
Təyyarələrin "Scalp" qanadlı raketləri və "AASM" hava bombaları ilə silahlanacağı bildirilib.
Bu, Ukraynanın hava müdafiəsini gücləndirmək və müasir döyüş mühitində daha effektiv fəaliyyət göstərə bilməsi üçün əhəmiyyətli bir addım kimi dəyərləndirilir.
Qeyd edək ki, “Mirage-2000-5” qırıcısı yüksək manevr qabiliyyəti və müasir avadanlıqları ilə tanınır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ