İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı: “10-15 minə yaxın belaruslu Ukraynaya qarşı döyüşməyə hazırdır”

“Hazırda təxminən 10-15 min Belarus döyüşçüsü Ukraynaya qarşı müharibədə iştirak etməyə hazırdır”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Rusiya-Ukrayna müharibəsi cəbhəsindəki vəziyyətlə bağlı brifinq zamanı bildirib.

“Belarus Respublikasının güc strukturlarının 10-15 minə yaxın şəxsi heyəti Rusiya Federasiyasının “xüsusi hərbi əməliyyatı”nda iştirak etməyə hazırdır”, - deyə Qromov qeyd edib.

Qromovun sözlərinə görə, onlar ilk növbədə yüksək pul mükafatına görə müharibəyə getməyə hazırdırlar.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR