İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna: Rusiya Baxmutu əsl xarabalığa çevirib  

 

Rusiya hərbçilərinin bir neçə aydır almağa çalışdığı Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri 60%-dən çox dağıdılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukrayna milli telemarafonunun efirində Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

Onun sözlərinə görə, mülki əhalinin əksəriyyəti artıq şəhəri tərk edib, lakin onların bir hissəsi hələ də orada qalıb. Bu həftənin çərşənbə günü Rusiyanın Baxmutda açdığı atəş nəticəsində iki qadın həlak olub.

"Düşmən nə qədər şəhərə girməyə cəhd etsə də, irəliləyə bilmir. Nə qədər uğur qazansalar da, onlar şəhərdən kənardakı əvvəlki mövqelərinə geri oturdulublar", - Kirilenko bildirib.

Qərb analitiklərinin, xüsusən də mərkəzi Londonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertlərinin fikrincə, Rusiya komandanlığı son vaxtlar Baxmuta hücumu zəiflədib və onu başqa istiqamətdə - Soledar şəhəri ərazisində gücləndirib. Buna baxmayaraq, onlar bu istiqamətdə də cəbhə xəttini yarmağa hələ ki nail ola bilməyiblər.

Müstəqil mənbələr hər iki tərəfin xeyli itki verdiyi Baxmutu (1924-2016-cı illərdə rəsmi olaraq Artyomovsk adlanıb) cəbhə xəttində ən gərgin nöqtələrdən biri adlandırırlar. Baxumt istiqamətində hücumun əsas qüvvəsi sayılan Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Ukrayna hərbçilərinin şəhərdə “500 müdafiə xətti” yaratdığını etiraf edib. “DXR” separatçılarının keçmiş səhra komandiri İqor Strelkov (Girkin) RF Silahlı Qüvvələrinin və “Vaqner”çilərin Ukraynanın möhkəm istehkamlarını necə keçmələri ilə bağlı hələ də başlarını sındırmaqda olduğunu deyib. Rusiya Müdafiə Nazirliyi Baxmut bölgəsində baş verən son hadisələrlə bağlı rəsmi açıqlama yaymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR