İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Qərbdən 43 milyard dollar yardım gözləyir

Ukrayna 2024-cü ildə büdcə kəsirini örtmək üçün Qərb ölkələrindən 43 milyard dollar yardım gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna telemarafonunda parlamentin Büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib.

O qeyd edib ki, 2024-cü il Ukrayna büdcəsinin məxaric hissəsinin gəlir hissəsindən iki dəfə çox olacağı üçüncü il olacaq.

“Əslində bütün qeyri-müdafiə xərcləri, sosial, humanitar, yenidənqurma, infrastruktur, hər şey büdcə kəsiri sahəsinə düşür. Bu büdcə kəsiri beynəlxalq tərəfdaşların vəsaitləri, kreditlər və qrantlar hesabına ödənilir”, - deyə Pidlasa bildirib.

“Gələn il biz gözləyirik, hökumət danışıqlar aparacaq ki, 43 milyard dollar alaq”, - Ali Radanın Büdcə komitəsinin rəhbəri qeyd edib.

Ukraynanın baş naziri Denis Şmıqal sentyabrın 15-də bəyan edib ki, ölkə hökuməti gələn ilin büdcə layihəsini 1,55 trilyon qrivna (təxminən 42 milyard dollar) kəsirlə təsdiqləyib ki, bu da xərclər hissəsinin az qala yarısıdır. O əlavə edib ki, büdcənin yarıdan çoxu (1,685 trilyon qrivna və ya 46 milyard dollar) hərbi xərclərə sərf olunacaq ki, bu da bu illə müqayisədə 113 milyard qrivna (3 milyard dollar) çoxdur. 2023-cü il üçün Ukrayna hakimiyyəti artıq 38 milyard dollarlıq rekord büdcə kəsirini planlaşdırıb. Hərbi xərclərə 1,14 trilyon qrivna (indiki məzənnə ilə təxminən 31 milyard dollar) büdcə ayrılıb. Daha sonra martda Rada hərbi xərcləri 14,6 milyard dollar artıran qanun qəbul edib və sentyabrda məlum olub ki, daha bir artım - 8,29 milyard dollar nəzərdə tutulub. Kiyevdə qeyd ediblər ki, onlar özləri yalnız hərbi xərcləri ödəyə bilərlər, qalanları isə Qərb müttəfiqlərinin köməyi ilə maliyyələşdirilir.

Şmıqal daha əvvəl bildirmişdi ki, Qərb ölkələri bu ilin 8,5 ayı ərzində Ukraynaya 30 milyard dollar yardım edib. Onun sözlərinə görə, Kiyevin BVF, Aİ, Norveç, Yaponiya və digər G7 ölkələri ilə uzunmüddətli maliyyələşdirməyə dair konkret razılaşmaları var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR