İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna PUA-ları Rusiyanın raket zavodunu vurdu

Mayın 28-də Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Moskva vilayətinin Dubna şəhərində yerləşən iki hərbi-sənaye obyektinə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Dnipro Osint ⟨ Гарбуз ⟩" adlı ictimai teleqram kanalı yayıb.

Zərbələrdən biri “Raduga” konstruktor bürosuna tuş gəlib. Qeyd olunur ki, bu müəssisə Ukraynaya qarşı istifadə edilən uzaqmənzilli X-101 qanadlı raketlərinin istehsalı ilə məşğuldur. Raketlər əsasən Rusiyanın strateji aviasiyası tərəfindən atılır. 

photo_2025-06-12_00-07-59.jpg (122 KB)

Zərbədən sonra çəkilmiş peyk görüntüsü yayılıb. Şəkildə zavodun bir sexinin ciddi şəkildə zədələndiyi görünür. Mənbə bu nəticəni “yalnız bir pilotsuz aparat üçün olduqca yaxşı nəticə” kimi dəyərləndirib. 

Hadisə, Ukraynanın Rusiya hərbi infrastrukturuna qarşı endirdiyi dəqiq zərbələrin davamı kimi qiymətləndirilir. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR