Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Rusiya hərbi obyektlərinə pilotsuz təyyarə hücumu hazırlamaq üçün Ukraynaya heç bir kəşfiyyat məlumatı təqdim etməyib.
Musavat.com xəbər verir ki, bunu iyunun 1-də CBS-nin Ağ Evdəki müxbiri Cennifer Ceykobs öz mənbələrinə istinadən yayıb.
Onun X hesabında yazdığına görə, mənbələri Ağ Ev administrasiyasındadır: "Administrasiyadakı mənbələrin mənə dediyinə görə, ABŞ kəşfiyyat məlumatlarını Volodimir Zelenski və onun “Poutina” əməliyyatı üzrə komandası ilə bölüşməyib. Ukrayna məlumatı özü toplayıb".
Bundan əvvəl o, öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyasının Ukraynanın Rusiya hərbi aerodromlarına yuxarıda adı çəkilən hücumu hazırlaması barədə məlumatı olmayıb.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ