İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusunda xidmət edən azərbaycanlı hərbçi İTKİN DÜŞDÜ

Ukrayna ordusunun azərbaycanlı hərbçisi Yüzbaşiyev Emin Əsabəli oğlu Zaporojye istiqamətində itkin düşüb.

Kirovoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayevin "Report"a verdiyi məlumata görə, hərbçi artıq bir həftədir ki, xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.

Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Kirovoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Kirovoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR