İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu yenidən Kurska GİRDİ: Zelenskidən SENSASİYA - “ÇIXMAYACAĞIQ!” CANLI

Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə daxil olub və atəşkəs elan olunana qədər orda qalacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski strana.ua nəşrinə açıqlamasında bildirib.
“Biz bir istiqamətdən geri qayıtdıq, digərindən Kurska girdik. Ruslar müharibəni dayandırana qədər oradan çıxmayacağıq,” - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu həmin istiqamətdə irəliləyiş edib.

Qeyd edək ki, aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kursk vilayətinin tam azad edilməsi barədə raport verib. Rusiya Müdafiə Nazirliyi isə Ukrayna bölmələrinin sərhəddən geri çəkildiyini və Qornal kəndinin azad olunduğunu bəyan edib.

TVMusavat-ın bu gün saat 15:40-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hüquqşünas Qulamhüseyn Əlibəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

29 May 2025

BÜTÜN XƏBƏRLƏR