İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna oktyabra qədər Rusiya aktivlərinin girovluğu hesabına 50 milyard kredit ala biləcək

Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən girov kimi istifadə etməklə Ukraynaya 50 milyard dollar kreditin ayrılması üzrə işləri oktyabr ayına qədər başa çatdıra bilər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Reuters agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rio de Janeyroda G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin görüşü çərçivəsində maliyyə nazirləri məsələ ilə bağlı konstruktiv danışıqlar aparıblar: "Biz burada konstruktiv müzakirələr apardıq. Biz bu təşəbbüsü irəli sürmək üçün birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik. Hesab edirəm ki, hər şey əlverişli görünür, biz bunu, yəqin ki, oktyabr ayına qədər edə biləcəyik”.

Qeyd edək ki, Bayden hakimiyyəti noyabrda keçiriləcək prezident seçkilərinə qədər Ukraynaya ABŞ-dan asılı olmayan geniş yardım proqramını təmin etməyə çalışır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR