İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna nümayəndə heyəti İstanbulda Rusiya ilə danışıqlardan öncə Avropa rəsmiləri ilə görüş keçirib

 

Ukrayna nümayəndələri bu günkü Rusiya ilə danışıqlardan əvvəl Avropa tərəfdaşları ilə mövqeləri razılaşdırıblar.

Musavat.com xəbər verir ki, görüş Almaniya, İtaliya və Böyük Britaniya rəsmilərinin iştirakı ilə İstanbulda baş tutub.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixinin sözlərinə görə, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və nümayəndə heyətinin üzvü Aleksandr Bevz Avropa nümayəndələri ilə gündəlikdəki əsas məsələləri müzakirə ediblər.

Ukrayna tərəfi bir daha ölkənin sülh səylərinə sadiqliyini vurğulayıb və danışıqlarda liderlərin görüşü, tam atəşkəs və humanitar sahədə etimad tədbirlərinin əhatə olunacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR