İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibədə yeni texnologiya tətbiq edir: Dronlar geri dönür- SENSASİYA

Ukrayna Silahlı Qüvvələri (USQ) radioelektron mübarizə (REM) texnologiyalarından istifadə edərək İran istehsalı olan "Şahed" dronlarının koordinatlarını dəyişdirir və onları yenidən Rusiyaya və Belarusa göndərir.

Musavat.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.

Nəşrin məlumatına görə 24-26 noyabr tarixlərində Belarusla sərhədi keçən 43 dron qeydə alınıb ki, bu da rekord göstərici hesab olunur.

Qəzetin mənbələri bildirir ki, bu, dronların peyk koordinatlarının "spoofing" (aldadıcı siqnallar göndərmə) metodu ilə dəyişdirilməsi nəticəsində baş verir. Bu texnologiya dronların ilkin təyinat yerini dəyişdirərək onları düşmən tərəfinin ərazisinə qaytarmağa imkan verir.

Ukrayna tərəfi bu taktikadan Rusiyanın və Belarusun istifadə etdiyi dronların hücum gücünü zərərsizləşdirmək və onların özlərinə qarşı istifadəsini təmin etmək üçün yararlanır. Analitiklərin fikrincə, bu, Ukraynanın müasir texnologiyalar sahəsində üstünlüyünü və innovativ hərbi yanaşmasını göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR