İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Müdafiə Nazirliyindən etiraf: "Əks-hücum əməliyyatları ləng gedir"

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əks-hücum əməliyyatlarının ləng getdiyini etiraf edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, o, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu bildirib: “Amma əsas odur ki, ləngimələrə baxmayaraq, biz irəliləyirik. Biz yavaş irəliləsək də, geri çəkilmirik”.

K. Budanovun sözlərinə görə, Ukrayna üçün Qərb tərəfdaşlarının qiymətləndirilmələri əhəmiyyətli deyil.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR