Onlayn ictimai-siyasi qəzet
Ukrayna "Maxar Technologies" şirkətinin peyk məlumatlarını ABŞ-ın tətbiq etdiyi blokadaya baxmayaraq əldə edə bilər.
Musavat.com-un məlumatına görə şirkətin bölmə rəhbəri Anders Linder bildirib ki, Maxar-ın hər hansı kommersiya müştərisi, əgər ABŞ-ın tərəfdaşı və müttəfiqidirsə, aldığı məlumatlardan öz istəyi ilə istifadə edə bilər. Bu, həmin məlumatların Ukrayna kimi müttəfiqlərlə paylaşılmasını da əhatə edir.
Qeyd edək ki, martın 7-də "Maxar Technologies" şirkəti Ağ Evin göstərişi ilə Ukraynanın peyk görüntülərinə çıxışını dayandırdığını açıqlamışdı. Lakin bu yeni açıqlama, məlumatların dolayı yollarla yenə də Ukraynaya çatdırıla biləcəyini göstərir.
Bu xəbər beynəlxalq mediada geniş rezonans doğurub və Qərbin Ukraynaya verdiyi dəstəyin formatları ilə bağlı yeni müzakirələrə səbəb olub.
Musavat.com
10 Mart 2025
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ