İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatından təyyarə qəzası ilə bağlı ŞOK AÇIQLAMA

"Ukrayna yanvarın 24-ü Rusiya ilə hərbi əsir mübadiləsi aparmağa hazırlaşırdı".

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O əlavə edib: "Bu günə planlaşdırılan mübadilə hələ ki, baş tutmur. Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində guya ukraynalı əsirlərin olması ilə bağlı iddiası hazırda Baş Kəşfiyyat İdarəsi tərəfindən yoxlanılır".

Ukrayna mətbuatı yazır ki, 8000-dən çox ukraynalı Rusiyada əsirlikdədir. Onların arasında mülki şəxslər də var. Bu günə kimi 49 mübadilə prosesində 2681-i hərbçi, 147-si mülki olmaqla 2828 nəfər evlərinə qaytarılıb, lakin daha on minlərlə həm mülki, həm də hərbi əsir itkin düşmüş şəxslər siyahısındadır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR