İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı: Voronejdə iki Rusiya kompleksi məhv edilib  

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyasının Voronej şəhərində iki bahalı radio-elektron mübarizə kompleksinin məhv edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, 27-dən 28 yanvara keçən gecə "R-330J "Jitel" kompleksləri yanğın nəticəsində sıradan çıxıb. Bildirilir ki, həmin sistemlər məhz bu texnikanın istehsal edildiyi "Protek" zavodunda yerləşirdi.

"Rusiya bu kompleksləri Ukraynaya qarşı aparılan cinayətkar müharibə üçün döyüş zonasına göndərməyi planlaşdırırdı, lakin Voronejdə baş verən yanğın onların hər ikisini məhv etdi", – deyə GUR-un məlumatında bildirilir.

Hadisənin başvermə səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR