İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı: Moskva vilayətindəki terror səfərbərlik üçün bəhanə olacaq

Bu gün Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı Rusiya xüsusi xidmət orqanlarının planlı və şüurlu təxribatıdır. Məqsəd Kremlin Ukraynaya qarşı intensiv hücumlara və total səfərbərliyə haqq qazandırmaq cəhdidir.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kaşfiyyat İdarəsi teleqramda bildirib.

“Moskvada insanların açıq şəkildə edamı Rusiyanın müharibənin daha da alovlanması və genişlənməsi ilə təhdid etməsi kimi başa düşülməlidir. Peskovun terror aktından bir müddət öncə “müharibə” ilə bağlı verdiyi bəyanatı sadəcə olaraq Kremlin diqqətlə planlaşdırılmış xüsusi əməliyyatının falstartıdır”, – BKİ-nin açıqlamasında nəql edilib.

Ukrayna kəşfiyyatı həmçinin qeyd edib ki, Kremlin “Kaşirskoye şossesində evlərin bombalanmasından başlayaraq bu cür terror aktlarının təşkilində böyük təcrübə var”.

“Eynən o zaman olduğu kimi, bu gün rusiyalıları qorxutmaq aksiyası Rusiyanın özündə kəmərlərin maksimum dərəcədə sıxılmasına səbəb olacaq”, – Baş Kəşfiyyat İdarəsi vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR