Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya və Fransa Ukraynada döyüşlər bitdikdən sonra mümkün təhlükəsizlik zəmanətləri üzərində işləyir. Lakin bu planın reallaşması ABŞ prezidenti Donald Trampın Amerika aviasiyası və kəşfiyyat məlumatlarını təmin etməyə razı olub-olmamasından asılı olacaq.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələrin sözlərinə görə, təşəbbüs çərçivəsində Avropanın 30 minə yaxın hərbçisinin Ukraynanın böyük şəhərlərində, limanlarında və strateji əhəmiyyətli infrastruktur obyektlərində yerləşdirilməsi nəzərdə tutulur. Lakin bu qüvvələr ölkənin şərq hissəsini əhatə etməyəcək.
Plana əsasən, Polşa və Rumıniyada aviasiya bazalarının yaradılması, bu ölkələrin şərq sərhədlərində isə quru qoşunlarının yerləşdirilməsi planlaşdırılır. Bu qüvvələr zərurət yaranacağı təqdirdə Ukraynaya göndərilə bilər.
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ