İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı BƏDBİN PROQNOZ 

"Ukrayna qoşunlarını ağır və amansız döyüşlər gözləyir".

Musavat.com xəbər verir ki, bu barədə Ukraynaya səfər edən Pentaqon rəhbəri Lloyd Ostin Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.

Ostin "F-16 təyyarələrinin tədarükü döyüş meydanında fərq yarada bilərmi?" sualına "Belə münaqişələrdə sehrli çubuq yoxdur" cavabını verib.

Lloyd Ostinə görə, Ukrayna silahlı qüvvələri Rusiya ordusuna xeyli ziyan vurmağa müvəffəq olub və ruslar bundan sonra uzun müddət özlərinə gələ bilməyəcəklər.

Qeyd edək ki, Pentaqonun rəhbəri Ukraynaya ABŞ Konqresində Ukraynaya yardımın daxil olduğu illik büdcə ilə bağlı davam edən müzakirələr fonunda gəlib. İndiyədək konqresmenlər və senatorlar yalnız dövlət qurumlarının fəaliyyətini davam etdirməsinə imkan verəcək müvəqqəti büdcə üzərində uzlaşıblar. Lakin bu, Ukraynaya yardımın maliyyələşdirilməsini nəzərdə tutmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR