Onlayn ictimai-siyasi qəzet
Ukrayna cəbhəsində Rusiya ordusunun indiyədək göörünməmiş tezliklə irəlilədiyi haqda xəbərlər ən müxtəlif mənbələrdən təsdiqlənməkdədir. Son üç gündə Rusiya ordusu səkkiz yaşayış məntəqəsini - Boqoyavlenka, Katerynovka, İzmailovka, Aleksandropol, Qornyak, Selidovo, Şaxterskoye və Vişnevoyeni ələ keçirib.
Rusiya mənbələri cəbhədə Ukraynanın Kuraxovski və Pokrovski istiqamətlərində vəziyyətə nəzarəti itirdiyini, cəbhə xəttindəki komandanlığın əmrləri yerinə yetirməyini, hərbçilər öz mövqelərini zbaşına tərk etməsi hallarının artdıını iddia edir. Ukraynada cəbhədəki vəziyyətin təhlükəli həddə pisləşməsini Kurska bnəticəsiz, amma ciddi canlı qüvvə itkisi ilə nəticələn hücumla əlaqələndirirlər, hətta Ukrayna Silahlı Qüvvələrinin bir çox zabiti bunu xəyanət kimi qiymətlındirir.
Almaniyanın “Bild” qəzetinin hərbi analitiki Julian Röpke xəbər verir ki, Donetsk vilayətinin cənubunda Ukrayna Silahlı Qüvvələrinin müdafiə cəbhəsi dağılıb. O, Rusiya mənbələrinin Selidovo şəhərinin tutulduğunu da təsdiqləyib. “Donetsk vilayətinin cənubunda müdafə cəbhəsi dağğlıb. Ukraynagündə 2-5 kilometr ərazi itirir. Bu sürətlə Rusiyaya Dnepr bölgəsinə çatmaq üçün altı ay kifayət edəcək. ” deyə, Röpke yazıb.
Almaniyalı ekspert yaranmış vəziyyətə görə Qərb müttəfiqlərini ittiham edib, onları Ukrsaynaya az miqdarda silah göndərməkdə ittiham edib.
Ukraynanın cəbhıdə vəziyyətinin ciddi şəkildə ağırlaşdığını Kiyevin son vaxtlar səfərbərlik yaşının aşağı salınması və qadınların hərbi xidmətə çağırılmasının zəruriliyini bəyan etməsi də göstərir.
Ukraynada müharibənin 2025-ci ilin əvvəlində bitəcəyi ilə bağlı proqnozlar Qərb mediasında getdikcə daha çox yer alır. Üstəlik, əgər 2022-2023-cü illərdə Qərb siyasətçiləri və analitikləri yekdilliklə döyüş meydanında Rusiya üzərində qaçılmaz qələbədən danışırdılarsa, indiki qiymətləndirmələr Kiyev üçün daha fəlakətlidir.
Beynəlxalq Valyuta Fondu da (BVF) Ukrayna münaqişəsinin 2025-ci ildə bitəcəyinə inanır. Bu barədə BVF-nin yenilənmiş proqnozunda deyilir. Fondun mütəxəssisləri qeyd edir ki, qarşıdurma gələn ildə Ukrayna üçün xərclərin artmasına və əlavə maliyyə ehtiyac olacaq.
Çox güman ki, Qərbin Ukrayna ilə bağlı proqnozlarının korrektə edilməsinə əsas səbəb Rusiya ordusunun irəliləməsi ilə bağğlıdır. Rusiya hərbi ekspertləri cəbhədəki “uğurları” Baş Qərargahın yay-payız kampaniyası strategiyası, bir sıra istiqamətlərdə bacarıqlı komandanlıq, təkmilləşdirilmiş hücum taktikası və hərbi-sənaye kompleksinin fəal işi ilə izah edirlər. 2023-cü ildə gündə bir neçə yüz kvadratmetr ərazi nəzarətə götürülürdüsə, Rusiya ordusu 2024-cü ilin payızında gündə bir neçə kilometr ərazini tutur.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ