Onlayn ictimai-siyasi qəzet
Kiyev cəbhə xəttinin dondurulması və bəzi ərazilərin Rusiya nəzarətində qalması ilə barışıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Independent” Ukrayna rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, atəşkəs zamanı Ukrayna artıq Rusiyanın nəzarətində olan ərazilərdən əlavə heç bir ərazini Rusiyaya verməyəcək.
Rəsmilər Ər-Riyadda amerikalılarla danışıqların gedişatını şərh edərkən belə qənaətə gəlirlər.
Mənbənin sözlərinə görə, Ukrayna atəşkəs barədə danışıqlar zamanı bir sıra "qırmızı xətləri" müəyyənləşdirib. İlk növbədə, əlavə ərazilərin Rusiya ilə bölüşülməsinə razılaşmamaq, həmçinin Rusiyaya aparılmış ukraynalı uşaqların və mülki şəxslərin geri qaytarılması.
Eyni zamanda, atəşkəs razılaşmasının pozulması halında beynəlxalq təhlükəsizlik təminatlarının alınmasının vacibliyi vurğulanır.
Rusiya tərəfindən zəbt olunmuş ərazilərə gəlincə, Kiyev onların Rusiya yurisdiksiyasını tanımaq niyyətində deyil və diplomatik yollarla geri qaytarılmasına çalışacaq. Bu arada məlum olub ki, hazırda Ukrayna üzrə danışıqlarda Kiyevin təhlükəsizlik zəmanəti müqabilində faktiki olaraq ərazilərdən imtina etməsi məsələsi müzakirə olunur.
Musavat.com
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ