İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Aİ-yə üzvlük prosesini 2024-cü ilin sonuna qədər başa çatdırmaq niyyətindədir

Ukrayna Avropa İttifaqına üzvlük prosesini 2024-cü ilin sonuna qədər başa çatdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu “Welt am Sonntag” qəzetinə müsahibəsində Ukrayna baş nazirinin müavini Olqa Stefanişina deyib.

“Biz 2024-cü ilin sonuna kimi Aİ-yə daxil olmağı başa çatdırmaqda qərarlıyıq. Danışıqların tez başlaması (Ukraynanın Aİ-yə daxil olması ilə bağlı - red.) ukraynalıların mənəviyyatı üçün son dərəcə vacibdir, çünki biz illərdir Avropaya mənsub olmaq üçün mübarizə aparırıq və hazırda həyatımızı riskə atırıq”, - deyə baş nazirin müavini bildirib.

Nəşr qeyd edib ki, Ukraynanın bu yolla Aİ-yə daxil olması tarixdə ən sürətli olacaq. Çünki, ittifaqa üzv olmaq prosesi orta hesabla təxminən doqquz il çəkir.

Onun sözlərinə görə, ölkədə korrupsiya ilə mübarizə və məhkəmə sistemi sahəsində əhəmiyyətli islahatlar aparılıb. O, Ukraynanın “ev tapşırığını” yerinə yetirdiyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR