İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-Aİ sammitinin TARİXİ BƏLLİ OLDU - "Ortaq müqavimət və ortaq qələbə..."

Ukrayna prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Zelenski ilə Ursula fon der Leyen arasındakı söhbətdə Ukraynaya maliyyə dəstəyi ilə yanaşı, Ukrayna-Avropa İttifaqı Sammiti ilə bağlı qərarların da qəbul edildiyi bildirilib.

Qərara əsasən, Ukrayna-Avropa İttifaqı (Aİ) Sammiti Kiyevdə keçiriləcək.

“Tərəflər fevralın 3-də Kiyevdə keçiriləcək növbəti Ukrayna-Avropa İttifaqı sammitinin gözlənilən nəticələrini müzakirə edərək, hazırlıq işlərinin intensivləşdirilməsi barədə razılığa gəliblər" - rəsmi açıqlamada bildirilir.

Sammitdə "ortaq müqavimət və ortaq qələbə hədəfi" çərçivəsində bu il üçün mühüm və yeni addımlar müzakirə edilərək və ümumiləşdirmələr aparılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR