İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-Aİ sammitində müzakirə olunacaq məsələlər açıqlanıb

“Fevralın 3-də keçiriləcək Ukrayna-Avropa İttifaqı sammitində rəsmi Kiyev Rusiyanın raket proqramına qarşı sərt sanksiyaların tətbiqində israr edəcək”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

O bildirib ki, sammitdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi müzakirə olunacaq: “Biz Aİ sanksiyalarının doqquzuncu paketinin qəbulunu alqışlayırıq. Eyni zamanda sanksiyalar genişləndirilməlidir. Xüsuilə Rusiyanın raket proqramına qarşı sanksiyalar tətbiq olunmalıdır”.

Nazir xatırladıb ki, Ukrayna bu məsələni ötən ilin sonunda qaldırıb.

“Bizim kifayət qədər faktlarımız, məlumatımız var və indi top Avropa İttifaqındadır. Rusiyada Ukrayna ərazisində kütləvi hərbi cinayətlər üçün istifadə edilən raketlərin istehsalını dayandırmağa imkan verəcək sanksiyaların qəbulu üçün bizdə bütün lazımi məlumatlar mövcuddur. İndi həll yollarına ehtiyacımız var”, - XİN rəhbəri bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR