İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna 24-cü F-16-nı alır – Niderland verdiyi vədi tamamlayır

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynaya göndərilməsi vəd edilən 24 F-16 qırıcı təyyarədən sonuncusunun 26 may tarixində yola salınacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə nazir özü bəyanatla çıxış edib.

Qeyd olunur ki, Niderland ötən ilin yayında artıq 23 F-16 qırıcısını Ukraynaya təqdim edib. Həmçinin bu təyyarələrin bir qismi Rumıniyada yaradılmış pilot və ekipajların hazırlıq mərkəzinə də göndərilib.

Ukrayna F-16-ları ilk dəfə 2024-cü il iyulun 31-də qəbul edib, lakin həmin vaxt ölkə rəsmiləri neçə təyyarənin gəldiyini açıqlamamışdı.

Ümumilikdə, Danimarka, Norveç, Niderland və Belçikadan ibarət koalisiya Ukraynaya təxminən 60 F-16 qırıcısı verməyi öhdəsinə götürüb. Bu təyyarələr Ukraynanın hava hücumundan müdafiə potensialını ciddi şəkildə gücləndirməyi hədəfləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR