İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Çempionlar Liqası: "Qarabağ" pley-offa yüksəldi

İlk yayın vaxtı 22:00 

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

"Report" xəbər verir ki, Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında “köhlən atlar” hesabdakı fərqi artırıb.

"Report" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabı 2:4 edib.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

*** 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında 90 dəqiqə başa çatıb.

"Report" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb - 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz üçüncü qolu vuraraq fasiləyə üstün yollanıb - 3:2.

45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesaba tarazlıq gətirib - 2:2.

45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında üçüncü qol vurulub.

"Report" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabda önə keçib - 2:1.

23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ikinci qol vurulub.

"Report" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib - 1:1.

13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab açılıb.

"Report" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda Azərbaycan klubu hesabda önə çıxıb.

7-ci dəqiqədə Juninyo fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma "Ludoqorets Arena"da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR