İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Avropa Liqası: "Qarabağ"dan möhtəşəm qələbə - VİDEO

İlk yayın vaxtı 21:52

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazandı.

Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi IV turda Norveçin "Budyo Qlimt" komandasını 2:1 hesabı ilə məğlub edib.

Bude şəhərindəki "Aspmira" stadionunda keçirilən görüşdə hesabı "Qarabağ" açıb. 23-cü dəqiqədə Toral Bayramov gözəl zərbə ilə komandasını irəli çıxarıb. Ancaq meydan sahibləri fasiləyə qədər "status-kvo"nu bərpa ediblər və 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunu vurub.

"Köhlən atlar"ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqibin qapısını silkələyən Zubir, "Qarabağ"a bu mövsüm Avropa Liqasında ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, "Qarabağ" növbəti Avropa Liqası oyununu noyabrın 28-də Fransa təmsilçisi "Lion" ilə keçirəcək.

 

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Budyo Qlimt" (Norveç) və "Qarabağ" arasında keçirilən oyunda üçüncü qol vurulub.

Musavat.com xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda irəli çıxıb və 2:1 hesabı ilə üstünlük qazanıb.

59-cu dəqiqədə Abdullah Zubir dəqiq zərbə ilə komandasına üstünlük gətirən qolu vurub. 

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Budyo Qlimt" (Norveç) və "Qarabağ" arasında oynanan matçda hesab bərabərləşib.

Musavat.com-un xəbərinə görə, Bude şəhərindəki "Aspmira" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 1:1 hesabı ilə tarazlığı təmin ediblər.

41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunu vuraraq hesabı yeniləyib.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Budyo Qlimt" (Norveç) və "Qarabağ" arasında keçirilən oyunda ilk qol vurulub.

Musavat.com-un xəbərinə görə, Bude şəhərindəki "Aspmira" stadionunda oynayan Ağdam təmsilçisi hesabı açıb.

21-ci dəqiqədə Toral Bayramov gözəl zərbə ilə qapıya yol taparaq komandasını irəli çıxarıb.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.

Musavat.com xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir.

Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.

***

UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək "Budyo-Qlimt" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Musavat.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Budyo-Qlimt": Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel

Baş məşqçi: Hyetil Knutsen

"Qarabağ": Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, "Aspmüra" stadionunda keçiriləcək "Budyo-Qlimt" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR