İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü dəfə İsrailə getdi: DƏSTƏKLƏYİRİK!

ABŞ dövlət katibi Antoni Blinken İsrail - HƏMAS müharibəsi başlayandan bəri üçüncü dəfə İsrailə səfər edib. Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu və İsrail prezidenti İsaak Hersoqla görüşən Blinken daha sonra İsrailin döyüş kabineti ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, Blinken İsaak Hersoqla görüşündən açıqlama verib.

O bildirib ki, ABŞ İsraili dəstəkləməyə davam edir:

“İsrailin özünümüdafiə haqqını dəstəkləməyə davam edirik. Bu, İsrailin təkcə haqqı deyil, həm də 7 oktyabrın təkrarlanmaması üçün özünü müdafiə etmək məqsədilə əlindən gələni etmək öhdəliyidir. İsrailin bunu necə etməsi vacibdir və hər şey edilməlidir, xüsusən də HƏMAS-ın çarpaz atəşinə məruz qalan mülki insanları qorumaq üçün bu lazımdır”.

Blinken Netanyahu ilə görüşündə “humanitar fasilə” məsələsini gündəmə gətirdiklərini açıqlayıb.

"Əgər fələstinli mülki vətəndaşlar humanitar fəlakətdən əziyyət çəkirsə və onların acınacaqlı vəziyyətlərinə laqeydlik hissi ilə yanaşılırsa, ortada ortaq sülh olmayacaq. Qəzzaya humanitar yardım müharibədən sonrakı dövr üçün də əhəmiyyətli olacaq" - ABŞ dövlət katibi əlavə edib.

65458c9c4e3fe1136c1d0a88.jpg (51 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR