İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçtəpə kəndində üç dostun üç evdən oğurluğu...

Göygöl rayonunun Üçtəpə kəndində 3 dost oğurluğa gedib. Onlar üç evdən oğurluq edib.

Musavat.com xəbər verir ki, onlar 14 yaşlı Əli (ad şərtidir), 16 yaşlı Toğrul və 16 yaşlı Turan (ad şərtidir) olub. Dostlar bir evdən 300 manatlıq samovar, ikinci evdən mişar daşı, sonuncu evdən isə 110 manatlıq bəzək əşyaları oğurlayıblar.

Oğurluq hadisəsinin üstü isə təqsirləndirilən şəxslərdən birinin valideyni tərəfindən açılıb. Belə ki, valideyn evdə olan bəzək əşyalarını aşkar edən zaman oğlundan bu barədə soruşub. Sonra da polisə məlumat verib. Həmin zaman zərərçəkmişlərin də polisə məlumat verdiyi məlum olub.

Təqsirləndirilən şəxslərə cinayət işi açılıb. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər peşman olduqlarını, bağışlanmalarını istəyiblər. Zərərçəkmiş şəxslər şikayətçi olmayıblar.

Məhkəmə hər üç şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR